Sportal.az saytına istinadən Icma.az xəbər verir.
"İnter" "Əl-İttihad"ın yarımmüdafiəçisi Musa Diabinin transferi ilə bağlı danışıqlar aparır.
Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, "neradzurri" fransız futbolçunun 35 milyon avro qarşılığında satınalma hüququ ilə icarəyə götürülməsini müzakirə edir.
Bildirilir ki, Diabi artıq keçidə razılıq verib, razılaşmanın reallaşması "Əl-İttihad"ın qərarından asılıdır.
Qeyd edək ki, cari mövsümdə Diabi Səudiyyə Ərəbistanı çempionatında 16 oyunda meydana çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi