Idmanxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“İnter” rəhbərliyi “Komo”nun baş məşqçisi Sesk Fabreqas ilə danışıqları davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, Milan klubunun nümayəndələri Londonda 38 yaşlı mütəxəssislə görüşüb. Daha əvvəl bildirilmişdi ki, “Komo” prezidenti Mirvan Suvarso Fabreqası klubda saxlamaqda qərarlıdır.
İspaniyalı 2024-cü ilin iyul ayından İtaliya klubunda çalışır. Onun müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.
“Komo” 2024/25 mövsümünü A Seriyasında 10-cu, “İnter” isə ikinci yerdə tamamlayıb.