“İnter” “Fənər”in futbolçusunu istəyir

23.08.2025

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İnter" "Fənərbaxça"nın müdafiəçisi Yusuf Akçiçeki transfer etmək istəyir.

Apasport.az xəbər verir ki, A Seriyası nəhəngi türkiyəli futbolu üçün İstanbul klubuna rəsmi təkliflə müraciət edib. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.

"İnter" Yusuf üçün 16 milyon avroluq təklif göndərib. "Fənərbaxça" bu təklifi qəbul etməyib. Onlar 19 yaşlı mərkəz müdafiəçisini 20 milyon avrodan aşağı qiymətə satmağı düşünmür.

Qeyd edək ki, Yusuf Akçiçek 2019-cu ildə "Fənərbaxça"nın akademiyasına qoşulub. Türkiyə millisinin üzvü ötən mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə  yadda qalıb.

"Sumqayıt" “Qarabağ”ı məğlub etdi - YENİLƏNİB “İmişli”nin baş məşqçisi: “İstəyimizə çatdıq və xalımızı aldıq" Samir Abasov: “Çatışmazlıqları oyunlarla aradan qaldıracağıq” “Neftçi” debütantla bacarmadı - YENİLƏNİB Millimizin Ukrayna ilə səfər oyununun yeri dəyişdirilib
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью