Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"İnter"in hücumçusu Anj-Yoan Bonni yayda komandadan ayrıla bilər.
Apasport.az xəbər verir ki, "Əl-Hilal" və PSJ fransalı futbolçunu transfer etmək istəyir.
Bu barədə "Tuttosport" nəşri məlumat yayıb.
Milan təmsilçisi 22 yaşlı forvard üçün 50 milyon avro tələb edir.
Qeyd edək ki, "İnter" Anj-Yoan Bonnini mövsümün əvvəlində "Parma"dan 23 milyon avroya transfer edib. Fransa U-21 millisinin üzvü Milan təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 7 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
İraqda 2 gün bayram olacaq Mane yenidən Avropaya qayıdır Pikfordun seriyası qırıldı “Qalatasaray”ın futbolçusu “Anderlext”in hədəfində Kukurelya La Liqa yolunda