Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"İnter" "Əl-İttihad"ın vingeri Mussa Diabi ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sport Italy" məlumat yayıb.
"Nerazzurri" bu qış fransız futbolçunu transfer etmək istəyirdi. Yanvar ayında Milan klubu futbolçunun keçidi üçün qarşı tərəfə 35 milyon avro təklif etmişdi.
Bu yay italyanlar yenidən Səudiyyə Ərəbistanı klubu ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Diabi ötən mövsüm bütün turnirlərdə meydana çıxıdığı 43 oyunda altı qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.