“İnter“ geridönüş etdi, “Bolonya“nı məğlub edərək liderliyə yüksəldi

17.10.2026

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İtaliya A Seriyasının VII turunda "Bolonya" doğma meydanda "İnter"i qəbul edib.

Moderator.az xəbər verir ki, qarşılaşma qonaqların 3:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.

Matçda hesabı 10-cu dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Tommazo Pobeqa açıb. Birinci hissənin sonlarında, 44-cü dəqiqədə "İnter"in hücumçusu Markus Türam hesabı bərabərləşdirib.

İkinci hissədə, 69-cu dəqiqədə müdafiəçi Karlos Auqusto Milan təmsilçisini önə keçirib. 83-cü dəqiqədə isə hücumçu Anj-Yoan Bonni fərqlənərək matçın yekun hesabını müəyyənləşdirib.

Bu qələbədən sonra xallarının sayını 19-a çatdıran "İnter" İtaliya çempionatının turnir cədvəlinə başçılıq edir. Beş xalı olan "Bolonya" isə 14-cü pillədə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью