Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"İnter"in futbolçusu Mehdi Taremi digər İtaliya təmsilçisinə keçə bilər.
Fanat.Az"Sky Sport"a istinadən xəbər verir ki, onun xidmətində "Parma" maraqlıdır.
Milan təmsilçisi 33 yaşlı ön xətt oyunçusunu satmaq niyyətindədir. İranlı forvard daha öncə Braziliyanın "Flamenqo" klubunun təklifini geri çevirərək karyerasını Avropada davam etdirmək istədiyini bildirib.
Qeyd edək ki, Taremi ötən mövsüm "İnter"in heyətində 43 matça çıxaraq 3 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "qara-göylər"lə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.
Nihat