“İnter” iki futbolçusu ilə müqaviləni uzatdı | Icma.az
Qol.az saytına istinadən Icma.az xəbər verir. “İnter” iki futbolçusu ilə müqaviləni uzadıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xristos Aleksiu və Dilan Sarate ilə yeni anlaşma imzalanıb.
Hər iki futbolçu ilə müqavilə 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
23 yaşlı yunanıstanlı mərkəz müdafiəçisi Aleksiu 2021-ci ilin sentyabrından “İnter”də çıxış edir.
Sarate İspaniyanın “Jirona” klubunun yetirməsidir. O, 2023-cü ilin sentyabrında “İnter”in gənclər komandasına cəlb olunub.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu