İnter in almanı İtaliyanı Fransaya dəyişir

18.10.2025

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"İnter"in müdafiəçisi Yann Bissek karyerasını Fransada davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Bild" yayıb. 

Mənbənin məlumatına görə, "Monako" klubu 24 yaşlı alman futbolçu ilə maraqlanır.

"İnter"lə 2029-cu ilə qədər müddətə müqaviləsi olan futbolçu İtaliya nəhəngində özünü rahat hiss etmir. Bu mövsüm A Seriyasında cəmi bir oyun keçirən alman müdafiəçi bir neçə klubun diqqətini çəkib. "Monako" isə Kristian Mavisse və Erik Dayerin zədələnməsi fonunda onun xidmətində maraqlıdır. "İnter" futbolçusu üçün 30 milyon avro istəyir.

Yann Bissek 2023-cü ilin iyulundan "İnter"də çıxış edir. "Transfermarkt" futbolçunun hazırkı transfer dəyərini 35 milyon avro qiymətləndirir.

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью