İnter in baş məşqçisi Səudiyyə Ərəbistanına yollanmaq istəmədi

20.05.2025

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

"İnter"in baş məşqçisi Simone İnzaqi Səudiyyə Ərəbistanına yollanmaqda imtina edib.

Sportal.az "SkySport"a istinadən xəbər verir ki, “Əl-Hilal” italiyalı mütəxəssisə təklif göndərib.

Amma 49 yaşlı məşqçi həmin təklifə müsbət yanaşmayıb. Ərəblər onunla Milanda üzbəüz görüşüb.

Lakin İnzaqi indiki klubunda xoşbəxt olduğu və komanda ilə işləməyə davam etmək niyyətində olduğunu qarşı tərəfə bildirib.

Qeyd edək ki, “İnter” İtaliya A Seriyasının 37-ci turundan sonra “Napoli”dən 1 xal geri qalaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью