İnter in futbolçusu Əl Hilal a keçməyə hazırlaşır

21.01.2026

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“İnter” və Niderland millisinin müdafiəçisi Stefan De Vray karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

Sportal.az “Tuttomercato”ya istinadən xəbər verir ki, 33 yaşlı futbolçu “Əl-Hilal”a transfer olmağa hazırlaşır.

Ərəblər niderlandlının keçidini bu qış reallaşdırmaq istəyir. Ən pis halda isə De Vrayın transferi mövsümün sonunda baş tutacaq.

2018-ci ildə “Latsio”dan “İnter”ə keçmiş təcrübəli futbolçunun müqavilə müddəti mövsümün sonunda başa çatacaq.

O, “Feyenoord”un yetirməsi və sabiq futbolçusudur.
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью