İnter in futbolçusu iki ayadək yaşıl meydanlardan kənarda qalacaq

10.03.2025

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Polşa millisinin və İtaliyanın "İnter" klubunun futbolçusu Pyotr Zelinski 1,5 aydan 2 ayadək yaşıl meydanlardan kənarda qalacaq.

30 yaşlı mərkəz yarımmüdafiəçinin baldır əzələsindən xəsarət aldığı bəlli olub.

O, "Montsa"ya 3:2 hesabı ilə qalib gəldikləri A Seriyasının XXVIII turunun oyununda zədələnib. 70-ci dəqiqədə meydana çıxan futbolçu üç dəqiqə sonra əvəzlənib.

Qeyd edək ki, Pyotr Zelinski cari mövsüm "İnter"də 33 matçda meydanda olub, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

report

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью