Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"İnter"in hədəfinə düşdü
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Belçikanın "Yunion" klubunun yarımmüdafiəçisi Anan Xalayli karyerasını "İnter"də davam etdirə bilər.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Onun sözlərinə görə, Milan klubu transferlə bağlı həm "Yunion" rəhbərliyi, həm də 21 yaşlı israilli futbolçunun özü ilə razılıq əldə edib. "İnter"in bu keçid üçün bonuslar nəzərə alınmadan 25 milyon avro ödəyəcəyi bildirilir.
Qeyd edək ki, Anan Xalayli 2024-cü ilin yayından "Yunion"un şərəfini qoruyur. Gənc vinger ötən mövsümdə Belçika çempionatında 38 matçda meydana çıxaraq 3 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.