İnter in heyətində ciddi itki

02.10.2025

Apasport saytına istinadən Icma.az xəbər verir.

“İnter”in heyətində ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, komandanın aparıcı futbolçularından Markus Turam zədələnib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı hücumçu təxminən 1 ay yaşıl meydanlardan kənarda qalacaq.

Xatırladaq ki, Fransa millisinin üzvü Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Slaviya” ilə keçirilən oyunda (3:0) ikinci hissədə məcburi əvəzlənmişdi.

Qeyd edək ki, Turam bu mövsüm “İnter”in heyətində çıxdığı 7 rəsmi matçda 5 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

"Qalatasaray"la oyunda zədələndi - "Çelsi" matçında olmayacaq "Qarabağ" - "Kopenhagen" matçı bu kanalda - TV AFİŞA Mbappe: "Arda Güler inanılmaz futbolçudur" PSJ-də şok itki - “Barsa” ilə oyunu buraxacaq İstanbulda tarixi gecə: "Liverpul" belə məğlub oldu - VİDEO
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью