Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.
İtaliyanın "İnter" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, hücumçu Anj-Yoan Bonni sıradan çıxıb. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
23 yaşlı futbolçunun sağ bud əzələsində zədə aşkarlanıb. Bonni bununla əlaqədar olaraq, Fil Dişi Sahili milli komandasının heyətində 2027-ci il Afrika Millətlər Kubokunun seçmə mərhələ oyunlarını buraxacaq. O, təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "İnter" Anj-Yoan Bonnini 2025-ci ilin yayında "Parma"dan 24,6 milyon avroya transfer edib. Forvard cari mövsümdə Milan təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 3 qol vurub.
saytlarin hazirlanmasi