Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"İnter" klubunun iranlı hücumçusu Mehdi Taremi maşınla 1000 km-dən çox yol gedərək Tehranı tərk edə bilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat verib.
Mənbənin məlumatına görə, Taremi İranın paytaxtını tərk etməyə müvəffəq olub və doğma Buşehrə şəhərinə gedib. Futbolçu İtaliya klubunun meneceri ilə əlaqə saxlayıb, həmçinin baş məşqçi Kristian Kivu ilə şəxsən danışıb və komanda çatında yaxşı olduğunu və partlayışlardan uzaqda olduğunu yazıb.
Qeyd olunub ki, Taremi müstəqil şəkildə məşq edir və istənilən vaxt klublararası dünya çempionatında "İnter"ə qoşulmağa hazırdır.