İnter in oyunçusu İtaliyanı İngiltərəyə dəyişə bilər

13.06.2026

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İnter"in yarımmüdafiəçisi Davide Frattesi İtaliyanı İngiltərəyə dəyişməyə hazırlaşır. 

Fanat.Az xəbər verir ki, o, "Nottingem Forest"ə keçə bilər. 

Tanınmış insayder Nikolo Skira Premyer Liqa klubunun 26 yaşlı italiyalı futbolçunun transferi ilə bağlı danışıqlara başladığını bildirib. Milan nəhəngi onun üçün 25-30 milyon avro almaq istəyir. 

Frattesinin "İnter"lə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədərdir. O, 2023-cü ilin iyul ayında "Neradzurri"yə icarəyə verilib, bir il sonra isə "Sassuolo"dan 31,4 milyon avroya alınıb.

Orta sahə oyunçusu 2025/26 mövsümündə Milan nəhənginin heyətində 33 oyunda meydana çıxaraq 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью