İnter in zədəlisinin durumu açıqlandı

28.01.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

"İnter"in zədəlisinin durumu açıqlandı

"İnter"in zədəli futbolçusu Denzel Damfrisin durumu müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Bildirilib ki, 28 yaşlı müdafiəçi 2 həftə ərzində ümumi qrup məşqlərinə qoşulmalıdır. O, 22 fevralda keçiriləcək "Leççe" ilə oyunda meydana çıxa bilər. Damfrisın "Yuventus"la görüşün (15 fevral) iştirak ərizəsinə daxil edilməsi ehtimalı da var. Lakin onun bu oyunda meydana çıxması ehtimalı azdır.

Qeyd edək ki, Denzel cari mövsüm bütün yarışlarda 15 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью