İnter ingiltərəli futbolçunu rənglərinə bağladı

16.08.2026

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"İnter" sağ cinah müdafiəçisi ilə anlaşıb.

Fanat.Az xəbər verir ki, "Tottenhem"dən Ced Spensi transfer edilib.

İnformasiyanı Milan klubunun mətbuat xidməti yayıb.

"Qara-göylər" ingiltərəli futbolçu üçün London təmsilçisinə 30 milyon avro təzminat ödəyib.

26 yaşlı sağ cinah müdafiəçisi ilə müddəti 2031-ci ilin 30 iyun tarixinə qədər nəzərdə tutulan müqavilə imzalanıb.

İngiltərə millisinin üzvü olan Ced 2025/26 mövsümündə "mahmızlar"ın heyətində 44 rəsmi matça çıxıb.

Əlisahib İbrahimli

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью