İnter İspaniya millisinin yeni üzvü üçün hərəkətə keçdi

29.03.2026

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İspaniya millisinin futbolçusu Viktor Munyoz karyerasını İtaliyada davam etdirməyə yaxındır. 

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, “Osasuna”nın 22 yaşlı vingeri ilə “İnter” yaxından maraqlanır.

“Nerazzura” onu mövsümün sonunda heyətinə qatmağı planlaşdırır. Artıq İtaliya çempionu Munyozu heyətinə qatçaq üçün rəsmi təklif də irəli sürüb. Hazırda tərəflər arasında danışıqlar gedir.

İspanın “Osasuna” ilə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir. O, “Real”da oynadıqdan sonra ötən il “Osasuna”ya keçib.
 

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью