İnter kanadalı hücumçu ilə razılaşdı

03.12.2024

Icma.az, Sportal.az saytına istinadən bildirir.

Mövsümün sonunda "Lill"lə müqaviləsi başa çatan Conatan Devidin yeni klubu müəyyənləşmək üzrədir.

Sportal.az xəbər verir ki, kanadalı hücumçu karyerasını "İnter"də davam etdirməyə yaxındır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Devidin Milan təmsilçisi ilə anlaşdığı bildirilir. 24 yaşlı forvard "İnter"in illik 6 milyon avro maaş olmaqla 5 illik sözləşmə təklifini qəbul edib.

Qeyd edək ki, Conatan Devid 2020cp ilin avqust ayından "Lill"də çıxış edir. Kanada millisinin üzvü bu mövsüm Fransa təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 15 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью