Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Ötən həftə Çempionlar Liqasının finalında PSJ-yə böyük hesabla (0:5) uduzan "İnter"in "qara günlər"i davam edir.
Oxu.Az xəbər verir ki, Milan klubu İtaliya A Seriyasından diskvalifikasiya oluna bilər. Buna səbəb klubun maliyyə ilə bağlı qayda pozuntularına yol verməkdə ittiham edilməsidir.
Belə ki, 2016-19-cu illərdə Asiyadan saxta hesablardan klubun büdcəsinə 300 milyon avro daxil olub.
Əgər bu təsdiqlənərsə, "İnter" Çempionlar Liqasından xaric ediləcək, eləcə də İtaliyanın B seriyasına göndəriləcək.