“İnter” “Komo”nu darmadağın edərək liderliyə yüksəlib VİDEO | Icma.az
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
İtaliya A Seriyasının 10-cu turunda “İnter” və “Komo” komandaları arasında keçirilən oyun başa çatıb.
İdman.Biz bildirir ki, komandalar Milandakı “Stadio Cüseppe Meazza”da qarşılaşıblar. Maydan sahibləri 4:0 hesabı ilə qalib gəlib.
Matçın ilk qolunu 11-ci dəqiqədə “İnter”in hücumçusu Lautaro Martines vurub.
İkinci hissədə hücumçu Markus Türam 59-cu dəqiqədə ev sahibi komandanın üstünlüyünü artırıb.
81-ci dəqiqədə “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu komandasının üçüncü topunu vurub.
86-cı dəqiqədə müdafiəçi Karlos Auqusto hesabı 4:0 edib. 14 oyundan sonra “İnter” 30 xalla A Seriyasının turnir cədvəlində birinci yerdədir.
“Komo” isə 24 xalla İtaliya çempionatında altıncı yerdədir. İdman.Biz Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadi
Tam oxu
Xəbəri oxu