“İnter” Kristian Romeronu transfer etmək üçün danışıqlara başlayıb

24.07.2026

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İtaliyanın “İnter” futbol klubu “Tottenhem”in müdafiəçisi Kristian Romeronun transferi ilə bağlı danışıqlara başlayıb.

İdman.Biz insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, A Seriyası təmsilçisi Argentina millisinin üzvünü yay transfer dönəmində əsas hədəflərindən biri hesab edir və mümkün keçidin şərtlərini araşdırmaqdadır.

“İnter” artıq “Tottenhem”lə ilkin müzakirələr aparıb, həmçinin futbolçunun nümayəndələri ilə birbaşa əlaqə yaradıb.

Bununla belə, transferin reallaşması asan olmayacaq. Romeronun yüksək transfer məbləği və maaş tələbləri danışıqları çətinləşdirə bilər.

İtaliya klubu hazırda ilk növbədə “Tottenhem”lə razılığın mümkün olub-olmadığını öyrənməyə çalışır. Paralel olaraq müdafiəçinin şəxsi şərtləri də müzakirə olunur.

Hazırda tərəflər arasında razılaşma yoxdur və danışıqlar ilkin mərhələdədir.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью