Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"İnter" Lautaronun qiymətini artırdı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
"İnter" klubu kapitanı Lautaro Martinesin transfer qiymətini artırıb.
QOL.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
DÇ-2026-da uğurlu çıxışından sonra Milan təmsilçisi argentinalı hücumçunu artıq ən azı 120 milyon avroya dəyərləndirir. Klub bu məbləğdən aşağı təklifləri nəzərdən keçirməyi planlaşdırmır.
"İnter"də Lautaro komandanın əsas simalarından biri hesab olunur və rəhbərlik onunla asanlıqla yollarını ayırmaq niyyətində deyil. Buna görə də futbolçunu transfer etmək istəyən klublar tam məbləği ödəməli olacaqlar.
Lautaro ötən mövsüm bütün turnirlərdə 41 oyunda 22 qol vurub, 7 məhsuldar ötürmə verib.