Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“İnter” bir müddətdir transfer etmək istədiyi Ademola Lukmanın keçidindən imtina edib.
Apasport.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, 27 yaşlı vingerin müqavilə ilə məxsus olduğu “Atalanta”, Milan təmsilçisinin futbolçu üçün etdiyi 40 milyon avro + bonus təklifini rədd edib. Bu cavabdan sonra “İnter” Nigeriya millisinin üzvünə alternativ axtarışına başlayıb.
Xatırladaq ki, Lukman “İnter”ə transfer olmaq üçün “Arsenal”ın təklifini qəbul etməmişdi.
Komanda yoldaşından şok məsləhət: “Beşiktaş”a gəlmə” “Arsenal”ın müdafiəçisi “Fənər”in radarında "Qalatasaray" "İnter"in ulduzuna göz dikdi "Siti"nin futbolçusu İngiltərədə klubunu dəyişə bilər Türkiyəli qolkiper Fransa yolunda