Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir. "İnter Mayami" "Atletiko"nun futbolçusu Rodriqo De Paulun transferinə yaxınlaşıb.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. İspaniya klubu artıq təklifi qəbul edib.
Hazırda son detallar müzakirə olunur. Bildirilir ki, Argentina millisinin üzvü "İnter Mayami" ilə 4 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Rodriqo De Paulun "Atletiko" ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.