“İnter Mayami” bu məşhur futbolçunu almaq istəyir

28.03.2026

Olke.az saytına istinadən Icma.az xəbər verir.

“İnter Mayami” Mançester Yunaytedin yarımmüdafiəçisi Kazemironun transferi istiqamətində ilk addımı atıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

MLS təmsilçisi futbolçu ilə bağlı ilkin təmaslara başlayıb.

34 yaşlı yarımmüdafiəçi mövsümün sonunda “qırımızı şeytanlar”ı azad agent kimi tərk edəcəyini artıq açıqlayıb. Onun gələcək karyerası ilə bağlı seçimlərinin çox olacağı bildirilir. İtaliya, Səudiyyə Ərəbistanı və ABŞ klubları ilə bağlı şayiələr yayılıb.

“İnter Mayami” ilə yanaşı, “Los-Anceles Qelaksi” də Çempionlar Liqasının beşqat qalibi ilə maraqlanan klublar arasındadır. Lakin görünən odur ki, Mayami təmsilçisi mövsümünün başa çatmasına iki ay qalmış rəqiblərini qabaqlamaq üçün daha erkən hərəkətə keçmək niyyətindədir.(publika.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью