İnter Mayami Messinin həmyerlisini transfer etdi

05.01.2026

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

"Qızıl top"un səkkizqat qalibi Lionel Messinin oynadığı "İnter Mayami" yeni transfer reallaşdırıb.

Fanat.Az xəbər verir ki, məlumatı Amerika klubunun mətbuat xidməti yayıb.

Floridalılar müdafiəçi Fakundo Mouranın keçidini rəsmiləşdirib. 26 yaşlı argentinalı müdafiəçi komandaya azad agent kimi qoşulub. Fakundo ilə 2029-cu ilin ortalarına qədər uzunmüddətli müqavilə imzalanıb. 

Mura "Estudiantes"in yetirməsidir. Onun son klubu Argentinanın "Rasinq Avellaneda" komandası olub. 

Xatırladaq ki, "İnter Mayami" ötən mövsüm MLS çempionu olub.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью