Inter Mayami Neymarı heyətinə qatmaq istəyir

09.08.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin "Inter Mayami" klubu Braziliyanın "Santos" komandasının hücumçusu Neymarı heyətinə qatmaq istəyir.

"Cebheinfo.az" "Liberta Depre"yə istinadən xəbər verir ki, 34 yaşlı futbolçunun 2027-ci ilin yanvarından ABŞ təmsilçisində çıxış etmək imkanı realdır.

Braziliyalı hücumçu karyerasını Şimali Amerika klubunda başa vura bilər.

Qeyd edək ki, Neymar 2026 mövsümündə keçirdiyi 19 matçda 8 qol vurub və 5 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" portalı futbolçunun dəyərini 8 milyon avro qiymətləndirir. Onun "Santos"la müqaviləsinin müddəti 2026-cı il dekabrın 31-dək nəzərdə tutulub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью