Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"İnter Mayami" argentinalı hücumçu Lionel Messi ilə müqaviləni uzatmağa yaxındır.
Fanat.Az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb .
2023-cü ilin iyulunda azad agent kimi Mayamiyə köçən Messi o vaxt 2025-ci ilin sonuna qədər müddətə müqavilə imzalayıb. 37 yaşlı forvardla yeni müqavilə imzalanması gözlənilir, danışıqlar inkişaf mərhələsindədir.
Klub rəhbərliyi ulduz futbolçunu ən azı 2026-cı ilə - yeni "Mayami Freedom Park" stadionunun açılışına qədər saxlamaq istəyir. Klubun sahibi Xorxe Dias bu barədə açıqlamasında belə deyib:
"Ümid edirəm ki, 60-90 gün ərzində biz bütün bunları həll edəcəyik. Arzuladığımız tək şey Messini 2026-cı ildə yeni stadionumuzda görməkdir. Ümid edirəm ki, bu baş verəcək".
Argentinalı ulduz bu mövsüm 8 qol vurub və 3 məhsuldar ötürmə edib.
Mirağa