“İnter Mayami” qələbəni son dəqiqələrdə əldən verdi VİDEO

06.09.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“İnter Mayami” futbol komandası MLS-in müntəzəm çempionatında “Atlanta Yunayted”lə heç-heçə edib.

İdman.Biz xəbər verir ki, Fort-Loderdeyldə keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Matçın 32-ci dəqiqəsində Kazemiro Lionel Messinin ötürməsindən sonra meydan sahiblərini hesabda önə çıxarıb. Cəmi üç dəqiqə sonra Migel Almiron bərabərlik qolunu vurub.

Fasilə ərəfəsində “İnter Mayami” yenidən önə keçib. 45+1-ci dəqiqədə Tyaqo Seqoviyanın ötürməsindən sonra Luis Suares fərqlənib.

Meydan sahibləri qələbəyə yaxın olsalar da, 87-ci dəqiqədə Bril Embolo penaltini dəqiq yerinə yetirərək “Atlanta Yunayted”ə bir xal qazandırıb.

“İnter Mayami” 43 xalla Şərq Konfransında ikinci pillədə qərarlaşıb. “Atlanta Yunayted” isə 22 xalla 14-cü yerdədir.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью