Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
MLS-in müntəzəm çempionatında "İnter Mayami" səfərdə "Atlanta Yunayted"lə qarşılaşıb və rəqibini 3:1 hesabı ilə məğlub edib.
BAKU.WS xəbər verir ki, görüşün ilk hissəsinin sonlarında Luis Suaresin ötürməsindən sonra meksikalı futbolçu Erman Berterame hesabı açıb.
Matçın 56-cı dəqiqəsində Lionel Messi Berteramenin ötürməsini qola çevirib. Dörd dəqiqə sonra isə argentinalı ulduz Suaresin assistindən sonra yenidən fərqlənərək dubl edib.
"Atlanta Yunayted" 89-cu dəqiqədə Fafa Pikonun penaltidən vurduğu qolla hesab arasındakı fərqi azaldıb.
Qələbədən sonra xallarını 55-ə yüksəldən "İnter Mayami" Şərq Konfransında ikinci pillədə qərarlaşıb. 30 xalı olan "Atlanta Yunayted" isə 14-cü yerdədir.