İnter Mayami uduzdu

25.04.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

"İnter Mayami" KONKAKAF Çempionlar Kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində "Vankuver" ilə qarşılaşıb.

"Unikal" xəbər verir ki, görüş Vankuverdə (Kanada) "BC Place" stadionunda keçirilib. Matçda "İnter Mayami" 0:2 hesabı ilə uduzub.

"Vankuver"in qollarını hücumçu Brayan Uayt və yarımmüdafiəçi Sebastyan Berhalter vurub.

Qeyd edək ki, oyunda "İnter Mayami"nin məşhur futbolçuları Luis Suares, Lionel Messi, Jordi Alba və Serxio Buskets də meydana çıxıblar.

Bu komandalar arasında cavab qarşılaşması mayın 1-də keçiriləcək.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью