İnter Mayami Xaviyə bu qədər pul verəcək

23.11.2024

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"İnter Mayami" yeni baş məşqçi axtarışına çıxıb.

News24.az xəbər verir ki, yaxın günlərdə MLS klubunun hazırkı baş məşqçi Xerardo Martinonun bəzi səbəblərə görə istefa verməsi ilə bağlı qərarını verəcək.

ABŞ klubuna Xavinin rəhbərlik edəcəyi haqda xəbərlər dolaşır. Belə ki, tərəflər arasında danışıqlara start verilib və ilkin razılıqlar əldə olunub.

Hətta "İnter Mayami"nin Xaviyə ildə 25 milyon dollar ödəməyə hazır olduğunu bildirib.

"Barselona"dan ayrıldıqdan sonra işsiz qalan Xavinin özünün də MLS klubunu çalışdırmaq istəyi gün kimi aydındır. 

Ağa Dadaşzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью