“İnter Mayami”də yeni baş məşqçi

27.11.2024

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

“İnter Mayami”nin baş məşqçi vəzifəsində dəyişiklik gözlənilir. Xerardo Martino tezliklə komandanı tərk edəcək.

Artıq “İnter Mayami”nin yeni baş məşqçisi məlum olub.
Məşhur insayder Fabritsio Romanonun məlumatına görə, ABŞ klubunu Argentinanın U-20 yığmasının baş məşqçisi Xavyer Masçerano çalışdıracaq. Onunla 3 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Masçerano “İnter Mayami”nin kapitanı Lionel Messi ilə Argentina yığmasında və “Barselona”da birgə oynayıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью