İnter Mayaminin Messi ilə bağlı planı var: Klub rəsmisi açıqladı

23.11.2024

Icma.az, Publika.az saytına istinadən bildirir.

"İnter Mayami" rəhbərliyi hücumçu Lionel Messinin klubla müqaviləsini uzadacağına ümid edir.

Publika.az xəbər verir ki, bu barədə ABŞ təmsilçisinin idarəçiçisi Xorxe Mas bildirib.

"Mən Messini 2026-cı ildə yeni stadionumuzda görəcəyimi gözləyirəm", - deyə klub rəsmisi açıqlama verib.

37 yaşlı Lionel Messinin Florida təmsilçisi ilə mövcud sözləşməsinin müddəti 2025-ci il dekabrın 31-də başa çatır.

Qeyd edək ki, bu mövsüm argentinalı ulduz 22 matçda iştirak edib, 21 qol vurub və 11 məhsuldar ötürmə verib.

Heybət

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью