Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.
"İnter Mayami"nin yeni baş məşqçisi Xavyer Maskerano maraqlı açıqlama verib.
Publika.az xəbər verir ki, o, təyinatından sonra komandanın kapitanı və ulduz futbolçusu Lionel Messi ilə arasındakı dialoqdan danışıb:
“Mən onlara dedim ki, paltardəyişmə otağına girib dost olmamış kimi davranmaq fikrində deyiləm. Lionel və digər uşaqlara bir iş üçün illər ərzində onlarla qurduğum münasibətləri riskə atmayacağımı söylədim. Mən o cür adam deyiləm. Həyat futboldan kənarda davam edir”.
Xatırladaq ki, Maskerano hazırda ABŞ klubunda sərəncamında olan Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba ilə “Barselona”da komanda yoldaşı olub.
Heybət