İnter Mayamiyə yeni baş məşqçi təyin edildi

22.11.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Keçmiş futbolçu və argentinalı məşqçi Xavyer Maskerano Lionel Messinin çıxış etdiyi "İnter Mayami" klubunun yeni baş məşqçisi olacaq.

Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Sezar Luis Merlo məlumat yayıb.

Mənbənin sözlərinə görə, Maskerano ilə "İnter" rəhbərliyi arasında artıq razılıq əldə olunub. Argentinalı məşqçinin Lionel Messi ilə uzun müddətdir ki, dostluq münasibəti olduğu qeyd edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью