Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"İnter" Avropanın bir neçə klubunun transfer siyahısında yer alan müdafiəçi Federiko Dimarkonun müqaviləsinin müddətini artıracaq.
Sportal.az xəbər verir ki, bu barədə insayder Əkrəm Konur məlumat yayıb.
A Seriyası nəhəngi artıq İtaliya milli komandasının üzvü ilə şifahi razılıq əldə edib. Tezliklə 28 yaşlı sol cinah müdafiəçisi ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanacaq.
Qeyd edək ki, Federiko Dimarko "İnter"in yetirməsidir. Təcrübəli futbolçu cari mövsümdə Milan təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi