“İnter” müdafiəçisinə yeni müqavilə təklif edəcək

18.12.2024

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

İtaliya A Seriya klublarından “İnter” müdafiəçisi Federiko Dimarkoya yeni müqavilə təklif etməyə hazırdır.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan klubunun rəhbərliyi italiyalı futbolçu ilə yeni anlaşmanı müzakirə etməyi planlaşdırır.

27 yaşlı müdafiəçi cəmi bir il əvvəl “İnter”lə yeni müqavilə imzalayıb. Onun hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.

Dimarko bu mövsüm Simone İnzaqinin komandasında 18 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

"Mançester Yunayted" "Milan"lı futbolçu ilə maraqlanır "İnter"in prezidenti: "Atalanta" dovşan, biz isə ovçuyuq" Emiliano Martinez yenə ən yaxşı seçilib İlin rəmzi heyəti açıqlandı Ançelotti növbəti mükafatını qazanıb
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью