İnter müdafiəçisini buraxmayacaq

14.07.2026

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“İnter” Federiko Dimarko ilə anlaşıb.

Sportal.az “Sky Sport”a istinadən xəbər verir ki, “nerazzura” 28 yalı futbolçuya yeni müqavilə təklif edib. Sol cinah müdafiəçi bu təkliflə razılaşıb və onun müqavilə müddəti daha bir il artırılacaq.

Federikonun “İnter”lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. İtaliyalı “Askoli”, “Empoli”, “Sion”, “Parma”, “Verona” klublarında da oynayıb. O, “İnter”in yetirməsidir.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью