“İnter” müdafiəçisinin dönüş tarixi dəqiqləşib

28.01.2026

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“İnter”in zədəli müdafiəçisi Denzel Dumfris yaxın iki həftə ərzində ümumi məşqlərə qoşulacaq.

Apasport.az xəbər verir ki, niderlandlı futbolçu fevralın 22-də “Leççe” ilə matça qədər komandaya tam qoşula bilər.

Onun fevralın 15-də “Yuventus”la oyuna dəvət olunma ehtimalı olsa da, meydana çıxması hələlik gözlənilmir.

28 yaşlı müdafiəçi cari mövsümdə bütün turnirlər üzrə 15 oyunda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun komandası bu gün UEFA Çempionlar Liqasının 8-ci tur matçında Dortmund “Borussiya”sını qəbul edəcək.

"Mançester Yunayted" "Everton"un futbolçusu ilə maraqlanır 45 yaşında klubunu dəyişdi “Reyncers” “Fənərbaxça”ya "yox" dedi “Mançester Siti” “Milan”ın təklifini rədd edib Con Duran Avropa klublarının hədəfində
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью