Apasport saytına istinadən Icma.az xəbər verir.
İtaliyanın “İnter” klubu erməni yarımmüdafiəçi Henrix Mxitaryan ilə müqavilənin uzadılması üzrə danışıqları dayandırıb.
Apasport.az xəbər verir ki, bu barədə İtaliyanın “Tuttosport” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlar nəticəsiz qalıb.
Xatırladaq ki, 37 yaşlı futbolçunun Milan təmsilçisi ilə mövcud müqaviləsi cari ilin iyun ayının sonuna qədər qüvvədədir.
Qeyd edək ki, Ermənistan millisinin sabiq kapitanı olan Mxitaryan karyerasını başa vurmağa yaxın hesab olunur.
Xorvatiya Kolumbiyanı, Fransa Braziliyanı məğlub edib “Liverpul” Arne Slotla bağlı qərarını verib Türkiyə millisinin üzvü Premyer Liqada klubunu dəyişə bilər İspaniyalı müdafiəçi İngiltərə klublarının radarında “Arsenal” PSJ-nin ulduzu ilə maraqlanır