Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yeni mövsüm üçün hazırlıqlıqlarını davam etdirən “İnter” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, komanda “Atalanta”dan Ademola Lukmanla razılıq əldə edib.
Bu barədə insayder Canluka Di Marzio məlumat yayıb.
Onun sözlərinə görə, "İnter" 27 yaşlı hücumçu üçün 40 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Nigeriya millisinin üzvü olan Lukman ötən mövsüm "Atalanta"nın heyətində iştirak etdiyi 40 rəsmi matçda 20 qol və 7 asisstlə yadda qalıb. Onun A Seriyası təmsilçisi ilə müqavilə müddəti 2027-ci ildə başa çatacaq.
Bellinqem əməliyyat olunub “Beşiktaş” Avstriya klubuna məğlub olub “Barsa”nın yeni 10 nömrəsi müəyyənləşib - VİDEO “Fənər”dən Con Duran iddialarına cavab ABŞ millisinin üzvü “Atletiko”da - RƏSMİ