Icma.az bildirir, sport24.az portalına istinadən.
"İnter" hücumçusu Françesko Espozitoya görə "Arsenal"dan gələn sorğunu, eləcə də "Nyukasl"ın təklifini rədd edib. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira soial şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, "Nyukasl" 21 yaşlı futbolçu üçün 60 milyon avro təklif edib, lakin "İnter" italiyalı oyunçunu əvəzolunmaz hesab edir.
İtaliya klubu sentyabrda Espozito ilə müqavilənin müddətini 2032-ci ilin iyununa qədər uzadıb.
Qeyd edək ki, Espozito cari mövsümdə "İnter"in heyətində 14 oyuna çıxıb, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.