“İnter” paylaşımında qazax musiqisinə yer verdi VİDEO

05.11.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

İtaliyanın “İnter” klubu sosial şəbəkələrində maraqlı paylaşım edib.

İdman.Biz xəbər verir ki, klub öz keçmiş futbolçusu Dieqo Simyonenin “Milan”la derbidə vurduğu qola həsr olunan videonu yayımlayıb.

Görüntü Qazaxıstanın “Bayan Sulu” adlı qadın triosunun mahnısının fonunda dərc edilib.

Bu detal qazax azarkeşlərin diqqətini çəkib. Qazaxıstanlı futbolsevərlər paylaşımı böyük maraqla qarşılayaraq, çoxsaylı bəyənmə və şərhlər yazıblar.

Məlumat üçün əlavə edək ki, Çempionlar Liqasının dördüncü turu çərçivəsində keçiriləcək “İnter” (İtaliya) - “Kayrat” (Qazaxıstan) oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью