İnter qapıçısı ilə vidalaşdı

04.02.2025

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

“İnter”in qapıçısı İonuts Radu iş yerini dəyişib.

Fanat.Az "qara-göylər"in mətbuat xidmətinə istinadən xəbər verir ki, rumıniyalı qapıçı karyerasını digər İtaliya təmsilçisi “Venetsiya”da davam etdirəcək.

27 yaşlı qolkiper yeni klubu ilə müddəti cari mövsümün sonunadək nəzərdə tutulan müqavilə bağlayıb.

Radu 2013-cü ildən “İnter”də olsa da, heç vaxt əsas komandada möhkəmlənə bilməyib. Qapıçı müxtəlif vaxtlarda “Cenoa”, “Oser”, “Bornmut” kimi klublarda icarədə olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью