“İnter” qapıçısını B Seriyası klubuna satıb

23.06.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 23 iyun, AZƏRTAC

İtaliyanın “İnter” komandasının qapıçısı Filip Stankoviç “Venesiya”ya keçib.

AZƏRTAC xəbər verir ki, bu barədə B Seriyası klubunun rəsmi saytı məlumat yayıb.

23 yaşlı qolkiperin yeni komandası ilə müqaviləsi 2029-cu ilin iyun ayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, serbiyalı qapıçı ötən mövsüm “Venesiya”da icarə əsasında çıxış edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью