İnter Qarabağ la matçda dubl edən forvardı istəyir

09.11.2025

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İnter" "Atletik"in hücumçusu Qorka Quruzetanı transfer etməyi planlaşdırır.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "nerazzura" 29 yaşlı forvard üçün "Atletik"lə danışıqlara start verib.

Quruzetanın Bilbao təmsilçisi ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. “İnter” bu transferin mövsümün sonunda reallaşması üçün çalışır. “Atletik”in yetirməsi olan Quruzeta “Sabadell” və “Amorebieta” klublarında çıxış edib.

Xatırladaq ki, Çempionlar Liqasının 3-cü turunun “Atletik” – “Qarabağ”(3:1) matçında Quruzeta dublla yadda qalmışdı.
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью